• Bakı 22° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.9559

    RUB - 2.1627

Amerika da İrana hücum edəcək? - AÇIQLAMA
DÜNYA
18 Iyun 2025 | 15:47

Amerika da İrana hücum edəcək? - AÇIQLAMA

Məlumata görə, ABŞ ordusu prezident Donald Trampın Milli Təhlükəsizlik Şurası (MTŞ) ilə keçirdiyi görüş fonunda İrana qarşı mümkün hərbi ssenarilərə hazırlıq görür.

Müzakirə olunan variantlardan biri ABŞ Hərbi Hava Qüvvələrinin İsrail qırıcılarına havada yanacaq doldurmaqla İrana endiriləcək zərbələrə logistik dəstək göstərməsidir. Alternativ ssenari kimi isə ABŞ və İsrailin İranın daxilində yerləşən nüvə obyektlərinə birgə aviazərbələr endirməsi ehtimal edilir.

Maraqlıdır ki, ABŞ-nin də İrana hücumu gözlənilirmi?

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ABŞ prezidenti Donald Tramp Ağ Evin Situasiya Otağında Milli Təhlükəsizlik Şurasının iclasında İrana müdaxilə məsələsini gündəmə gətirib. Lakin bu məsələ ilə bağlı kifayət qədər ziddiyyətlər var:

"Trampın milli təhlükəsizlik üzrə müşavirləri bu məsələdə ehtiyatlı olmaq barədə prezidentə məlumat veriblər. Bildirilib ki, İrana müdaxilə ABŞ üçün ciddi şəkildə problemlər yarada bilər”.

Müsahibimiz qeyd edib ki, Trampın yanaşması həqiqətən riskli addımdır. Dediyinə görə, ilk növbədə, problem enerji məsələsi ilə bağlı olacaq:

“Məlumdur ki, dünya neftinin 20 faizi məhz Hörmüz boğazı vasitəsilə bazara çıxarılır. Əgər ABŞ tərəfindən İrana müdaxilə olarsa və Hörmüz boğazının bağlanması gündəmə gələrsə, dünya iqtisadiyyatına çox böyük ziyan dəyə bilər. Nəzərə alaq ki, Səudiyyə Ərəbistanı, Qətər və Küveyt kimi ölkələr öz neftlərini dünya bazarına məhz bu boğaz vasitəsilə çıxarırlar".

Zeynal Əmrəliyev: Hörmüz boğazının bağlanması gündəmə gələrsə, dünya iqtisadiyyatına çox böyük ziyan dəyə bilər

Z.Əmrəliyevə görə, ABŞ İrana zərbə endirərsə, körfəz ölkələrindəki bazalarından istifadə edəcək. Xüsusən də Bəhreyndə ABŞ-nin hərbi donanması yerləşir.

"İran tərəfi isə bəyan edib ki, ona qarşı zərbə endirən ölkələr legitim hədəf halına gələcək. Belə olan halda İran körfəz ölkələrinə zərbə endirərsə, ağır nəticələrə səbəb ola bilər”.

Politoloq Amerikanın İrana müdaxilə etmək barədə asanlıqla qərar qəbul edə biləcəyini düşünmür:

“Amerika yalnız İsrailin çox pis vəziyyətdə olduğunu gördüyü halda İrana zərbə endirə bilər".

Gülşən Şərif


SON XƏBƏRLƏR