• Bakı 21° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Avropa Komissiyası rəhbəri etimadsızlıq səsverməsi ilə üzləşə bilər
DÜNYA
26 Iyun 2025 | 16:41

Avropa Komissiyası rəhbəri etimadsızlıq səsverməsi ilə üzləşə bilər

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen COVID-19 pandemiyası dövründə vaksinlərin satınalınması ilə bağlı qalmaqal səbəbilə etimadsızlıq səsverməsi ilə üzləşə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti yazır.

Qeyd edilir ki, Avropa Parlamentindəki ifrat sağçı deputatlar bildirirlər ki, fon der Lyayenin əczaçılıq şirkətinin rəhbəri ilə yazışmaları ilə bağlı Avropa İttifaqı məhkəməsinin qərarından sonra, Avropa Komissiyasının bütün heyətinin istefasını tələb edən müraciətlərinə kifayət qədər dəstək toplayıblar.

Xatırladaq ki, mayın 14-də Avropa Ədalət Məhkəməsi AK rəhbərini 2021–2023-cü illərdə COVID-19 vaksinlərinin satınalınması üzrə müqavilələrlə bağlı məlumatların gizlədilməsində cavabdeh bilmişdi.


SON XƏBƏRLƏR