Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ölçmə vasitələrinin yoxlanılması sahəsində attestasiya olunmuş fiziki şəxslərin yeni siyahısını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, siyahıya daha 4 nəfər əlavə olunub. Onlara bu ilin fevral, aprel və may aylarında 5 illik attestatlar təqdim olunub.
Attestasiya olunmuş yeni şəxslər Aslanbəy Qardaşov Məhəmməd oğlu , Emil Bayramlı Eldar oğlu, Cəmil Dəmirov Elman oğlu və Fazil İsmayılov İlham oğludur.
Bundan əvvəl daha 20 nəfər bu sahədə səlahiyyətli şəxslər kimi tanınıb. Beləliklə, ölçmə vasitələrinin yoxlanılması üzrə səlahiyyətli şəxslərin sayı 24-ə çatıb.
Bu addım ölçmə vasitələrinin yoxlanılması sahəsində keyfiyyətin və standartlara uyğunluğun təmin edilməsinə xidmət edir. Səlahiyyətli şəxslər ölkədə ölçmə vasitələrinin dəqiqliyinə və təhlükəsizliyinə nəzarətdə mühüm rol oynayacaqlar.