• Bakı 25° C

    0.43 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Bağçalarda ən çox müəllim yeri boş olan BÖLGƏLƏR - SİYAHI
CƏMİYYƏT
02 Avqust 2025 | 11:38

Bağçalarda ən çox müəllim yeri boş olan BÖLGƏLƏR - SİYAHI

2025-ci il üzrə məktəbəqədər təhsil müəssisələrində 320 vakant müəllim yeri mövcuddur.

Bakıvaxtı.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, ən çox vakant yeri  Bakı şəhərindədir. Belə ki, paytaxtda 185 bağça müəllimiyi üzrə vakant yer var. Bu, ümumi vakant yerlərin təxminən 60 faizinə bərabərdir.

Müxtəlif iqtisadi-coğrafi bölgələr üzrə vəziyyət belədir:

Abşeron-Xızı bölgəsi – 17 yer
Dağlıq Şirvan – 7 yer
Gəncə-Daşkəsən – 2 yer
Qarabağ bölgəsi – 18 yer
Qazax-Tovuz – 24 yer
Quba-Xaçmaz – 10 yer
Lənkəran-Astara – 13 yer
Mərkəzi Aran – 24 yer
Şəki-Zaqatala – 10 yer
Şərqi Zəngəzur – 8 yer
Şirvan-Salyan – 2 yer

Qeyd edək ki, Mil-Muğan iqtisadi rayonunda bu il üçün bağça müəllimi üzrə heç bir vakant yer yoxdur.


SON XƏBƏRLƏR