• Bakı 16° C

    3.51 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Bakı qarı... - Əkbər Qoşalı yazır
YAZARLAR
12 Yanvar 2023 | 09:19

Bakı qarı... - Əkbər Qoşalı yazır

Əkbər Qoşalı

Son 3 gündə paytaxt Bakı başda olmaqla Abşeron yarmadasında, ümumən respublikamızın ərazisində hava ortamının kəskinləşməsi baş verdi, bir çox yerdə fəslin və ilin ilk qarı göründü.

Respublika ərazisinə isti iqlim hakimdir və qış mövsümündə paytaxt Bakıda yalnız bir neçə gün qar yağır yaxud yerdə qalır. Bakının qış çətinliklərinin ömrü də adətən o 3-5 gün qədər olur...

Yəni bununçün soyuq Quzey ölkələrindəkitək özəl təsərrüfat yaradılmasına, milyonlarla para xərclənməsinə əşhədü ehtiyac yoxdur. Ona görə də  texnika, yaxud uyğun reagentlər (Qarı əritmək, buzu yumşaltmaqçün tətbiq edilən kimyəvi maddələr, reaktivlər) və s. yalnız hava proqnozuna, duruma uyğun alınaraq hazırlıq işləri görülür.

Beləliklə, son 3 günün qarı - artıq bu günə təsirsiz hala gəlmiş Bakı qarı nəyi üzə çıxarmış oldu? Gördük ki, paytaxt təsərrüfatı öncədən yarana biləcək çətinliklərin qarşısının alınması, problemlərin çevik həlli üçün səfərbər edildi.

Yolların işlək durumda saxlanması üçün qısa vaxt içində gərəkli tədbirlər görüldü.

Adətən belə hallarda müşahidə etdiyimiz mənzərələr - iraq olsun, çoxsaylı qəzalar, avtomobillərin kəskin sürüşməsi, insanların zədə alması, gediş-gəlişin çətinləşməsi, insanların səkilərdə hərəkətinin əməlli-başlı azalması halları yalnız azsaylı faktlarla müşahidə olundu.

Yəni, durum onu deməyə əsas verir ki, paytaxt şəhərinin kommunal xidmətləri bu dəfə öz görəvini qaydasında yerinə yetirdi.

Yaxşı ki, budəfəki Bakı qarından çoxsaylı şən paylaşımlar, qar sevincini bölüşmələrə dair şəkillər, maraqlı videolar, güldürən, duyğulandıran statuslar qaldı... Ona görə yazının başlığını Bakı barı kimi də oxuya bilərsiniz...

Bakıvaxtı.az


SON XƏBƏRLƏR

18 Aprel 2024