• Bakı 20° C

    6.63 m/s

  • USD - 1.7

    EUR - 1.9654

    RUB - 2.1656

Bakının 3 rayonunda qaz olmayacaq
CƏMİYYƏT
17 Iyun 2025 | 16:58

Bakının 3 rayonunda qaz olmayacaq

Sabah Bakının Binəqədi, Xətai və Sabunçu rayonlarının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonu ərazisində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Xətai rayonunda qaz xəttinin təmir olunması, Sabunçu rayonunda isə qaz kəməri üzərində siyirtmənin quraşdırılması məqsədi ilə iyunun 18-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu üzrə Ə.Rəcəbli, S.S.Axundov küçələrinin, 31/26-cı məhəllənin, Xətai rayonu üzrə Gəncə prospektinin bir hissəsinin, Sabunçu rayonu üzrə isə “Maştağa-Gülçülük" yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


SON XƏBƏRLƏR