"Beşiktaş" klubu Türkiyə millisinin futbolçusu Orkun Kökçü üçün bu gün danışıqlara başlayır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "TRT Spor" məlumat yayıb.
İstanbul təmsilçisinin rəhbərliyi 24 yaşlı yarımmüdafiəçinin çıxış etdiyi Portuqaliyanın "Benfika" klubunun rəsmiləri ilə görüşəcək.
Qeyd edək ki, Orkun Kökçü 2023-cü ildən Lissabon komandasının formasını geyinir.