“Beşiktaş” baş məşqçi Sergen Yalçınla yollarını ayırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
53 yaşlı mütəxəssisin 2027-ci ilin yayında başa çatmalı olan müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Sergen Yalçın 2025-ci ilin avqustunda “Beşiktaş”ın baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. İstanbul təmsilçisi Super Liqada mövsümü 60 xalla 4-cü pillədə başa vurub.
Bakı 












