• Bakı 13° C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Bakıdakı güclü yanğın tam SÖNDÜRÜLDÜ  - YENİLƏNİB + VİDEO/FOTOLAR
HADİSƏ
20 Aprel 2025 | 16:46

Bakıdakı güclü yanğın tam SÖNDÜRÜLDÜ  - YENİLƏNİB + VİDEO/FOTOLAR

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğın tam söndürülüb.

FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, yanğın nəticəsində marketə məxsus ümumi sahəsi 1600kv.m olan anbar 650kv.m sahədə yanıb. 

Anbarın qalan hissəsi yanğından mühafizə olunub, habelə yanğının digər obyektlərə keçməsinə imkan verilməyib.

***15:50

Bakı şəhərinin Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi qüvvələrinin çevik müdaxiləsi sayəsində məhdudlaşdırılıb. 

Bu barədə Bakıvaxtı.az-a FHN-in Mətbuat xidmətindən bildirilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir. 

Əlavə məlumat veriləcək.

 

***15:29

Bakı şəhəri, Binəqədi rayonunda yerləşən obyektdə yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir. 

Əlavə məlumat veriləcək.

 

***15:18

Bakının Binəqədi rayonunda yerləşən obyektlərin birində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür.

 

***15:17

Xəbər verdimiz kimi Binəqədidə yanğın hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, "Tayqa" market anbarı ilə birlikdə yanır. 

***15:08

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, hazırda yanğınla mübarizə tədbirləri davam edir. 

Əlavə məlumat veriləcək.

Hadisə yerindən görüntüləri təqdim edirik:

 


SON XƏBƏRLƏR

19 Aprel 2025