• Bakı 21° C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Bu ölkə Ukrayna üçün qoşun göndərir
DÜNYA
13 Iyun 2025 | 00:14

Bu ölkə Ukrayna üçün qoşun göndərir

Monteneqro Ukraynaya dəstək üçün​ Avropa Birliyi missiyası çərçivəsində qeyri-döyüş hərbi kontingenti göndərəcək.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Monteneqro parlamenti qərar qəbul edib. Qərarı 81 yerlik parlamentdə 49 deputat dəstəkləyib, üçü bitərəf qalıb, qalan deputatların əksəriyyəti isə səsvermədə iştirak etməyib.

Qərara görə, Monteneqro ordusunun üzvləri Avropa Birliyinin Ukrayna üçün Hərbi Təlim Missiyasına (EUMAM Ukraine) qoşulacaq.

Müdafiə naziri Draqan Krapoviç deyib ki, Monteneqro qoşunları Ukrayna ərazisində yerləşdirilməyəcək, əksinə, AB missiyası çərçivəsində qeyri-döyüş rollarını yerinə yetirəcək.

Qeyd edək ki, EUMAM missiyası Ukrayna ordusunun ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü müdafiə etmək potensialını gücləndirmək məqsədi daşıyır.


SON XƏBƏRLƏR