Bu gündən etibarən vergi, sosial və digər dəyişikliklərlə bağlı bəzi yeniliklərin tətbiqinə başlanılır.
Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən müxtəlif sahələri əhatə edəcək dəyişikliklərin siyahısını təqdim edir:
• Tütün məmulatları və elektron siqaretlər üzrə aksiz vergiləri artırılıb.
• Alkoqollu və enerji içkilərinin aksiz dərəcəsi artırılıb.
• Köhnə idxal avtomobilləri üçün yeni aksiz dərəcəsi tətbiq olunacaq.
• Hibrid və elektromobillərin idxalı və satışı üçün ƏDV güzəştinin müddəti başa çatıb.
• Azərbaycanda yığılan elektrikli avtobuslar ƏDV-dən azad ediləcək.
• Kişi və qadın salonları, kosmetoloji mərkəzlərin xidmətlərində ƏDV geri qayıdacaq.
• Media subyektləri vergilərdən azad olunacaq.
• Bankların iflas prosedurunda aktivlərin təqdim edilməsi ƏDV-dən azad edilir.
• Qeyri-formal işləyən şəxslər icbari tibbi sığorta haqqını artıq özləri ödəyəcək (ayda 16 manat).
• Mülkiyyətində torpaqlarda işləyənlərin, vəkil və mediatorların, fərdi sahibkarların sosial sığorta haqları artırılıb.
• Fərdi iş sahibləri (dərzi, aparıcı, çalğıçı və s.) sosial sığorta haqqını minimum aylıq əməkhaqqının 5%-dən 8%-ə qədər ödəyəcək.
• Evlərini kirayə verənlər üçün vergi dərəcəsi 14%-dən 10%-ə endirilib.
• Qeyri-neft-qaz sektoru üzrə 2 500 manata qədər olan maaşlardan 3% gəlir vergisi tutulacaq.
• Azərbaycana gətirilən 1-dən çox mobil telefonun qeydiyyatı üçün 100 manat rüsum müəyyən edilib.
• Elektrik enerjisi və təbii qaz üzrə sabit aylıq tarif 1 manat müəyyən edilib.
• Kişi və qadınların pensiya yaşı bərabər olaraq 65 yaş müəyyən edilib.
• Yaşayış minimumu və ehtiyac meyarı 300 manat səviyyəsində müəyyən edilib.
Bakı 












