AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov hakimlərlə bağlı suallara cavab verib.
Bakıvaxtı.az-ın məlumatına görə, o, “heç olub ki, hansısa klub bu hakimi istəmirik deyə sizə müraciət edib?” sualını belə cavablandırıb:
“Bura arzular, istəklər verilişləri deyil. Kimsə desin ki, mən bu hakimi istəmirəm. O klub istəmədi, bu klub istəmədi, bəs, hakimi hara göndərək? Biz hansısa kluba deyirik ki, bu futbolçunu oynatma? Demirik”.
Bakı 











