• Bakı 21° C

    2.8 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

UEFA Çempionlar Liqası: Liqa mərhələsində I turun ikinci oyun günü başa çatıb - YENİLƏNİB
İDMAN
19 Sentyabr 2024 | 00:54

UEFA Çempionlar Liqası: Liqa mərhələsində I turun ikinci oyun günü başa çatıb - YENİLƏNİB

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunun ikinci oyun günündə daha 6 qarşılaşma keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin növbəti dörd qarşılaşmasında “Seltik” (Şotlandiya) evdə “Slovan”a, (Slovakiya) “Borussiya” (Almaniya) səfərdə “Brügge”yə (Belçika) qalib gəlib.

PSJ (Fransa) "Jirona"dan (İspaniya) güclü olubsa, “Mançester Siti” (İngiltərə) - “İnter” (İtaliya) matçında hesab açılmayıb.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

18 sentyabr

I tur

“Bolonya” (İtaliya) - “Şaxtyor” (Ukrayna) 0:0
“Sparta” (Çexiya) - “Zaltsburq” (Avstriya) 3:0
“Brügge” (Belçika) - “Borussiya” (Dortmund, Almaniya) 0:3
“Seltik” (Şotlandiya) - “Slovan” (Slovakiya) 5:1
“Mançester Siti” (İngiltərə) - “İnter” (İtaliya) 0:0
PSJ (Fransa) - "Jirona"(İspaniya) 1:0

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk tura sentyabrın 19-da yekun vurulacaq.

22:45.18.09.2024

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunun ikinci oyun günündə 2 qarşılaşma keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, İtaliyada baş tutan matçda yerli "Bolonya" Ukrayna təmsilçisi "Şaxtyor"la heç-heçə edib - 0:0.

Çexiya klubu "Sparta" isə doğma meydanda Avstiyanın "Zaltsburq" komandasını 3:0 hesabı ilə üstələyib.

Azarkeşlər saat 23:00-da başlayacaq daha 4 qarşılaşmanın şahidi olacaqlar.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

18 sentyabr

I tur

“Bolonya” (İtaliya) - “Şaxtyor” (Ukrayna) 0:0
“Sparta” (Çexiya) - “Zaltsburq” (Avstriya) 3:0

23:00. “Brügge” (Belçika) - “Borussiya” (Dortmund, Almaniya)
23:00. “Seltik” (Şotlandiya) - “Slovan” (Slovakiya)
23:00. “Mançester Siti” (İngiltərə) - “İnter” (İtaliya)
23:00. PSJ (Fransa) - Jirona (İspaniya)

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk tura sentyabrın 19-da yekun vurulacaq.


SON XƏBƏRLƏR