• Bakı 20° C

    6.63 m/s

  • USD - 1.7

    EUR - 1.9654

    RUB - 2.1656

Çin lideri İsrailin İrana hücumlarından narahatdır
DÜNYA
17 Iyun 2025 | 16:27

Çin lideri İsrailin İrana hücumlarından narahatdır

“Pekin İsrailin İrana qarşı hərbi əməliyyatları nəticəsində Yaxın Şərqdə gərginliyin qəfil artımından narahatdır”.

    Bakıvaxtı.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin Qazaxıstanda keçirilən Çin-Orta Asiya sammitində çıxışında deyib.

    Si Cinpin bildirib ki, rəsmi Pekin İsrailin İrana qarşı hərbi əməliyyatları nəticəsində Yaxın Şərqdə gərginliyin qəfil artımından narahatdır. Çin lideri əlavə edib ki, regionda gərginliyin ən qısa müddətdə azaldılması üçün bütün maraqlı tərəflər əməkdaşlıq etməlidir.

    “Çin digər ölkələrin suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü pozan hər növ hərəkətə qarşıdır və hərbi münaqişə həll yolu deyil”, - o vurğulayıb.


    SON XƏBƏRLƏR