• Bakı 21° C

    3.56 m/s

  • USD - 1.7

    EUR - 1.9559

    RUB - 2.1627

COP29 baş danışıqçısı: İqlim mövzusu çox siyasiləşib, gündəlik qəbul olunmur
SİYASƏT
18 Iyun 2025 | 16:56

COP29 baş danışıqçısı: İqlim mövzusu çox siyasiləşib, gündəlik qəbul olunmur

Son illərdə iqlim mövzusunun həddindən artıq siyasiləşdirilməsi gündəliyin qəbulunu çətinləşdirir.

Bakıvaxtı.az Baku TV-yə istinadən xəbər verir ki, bunu COP29-un baş danışıqçısı Yalçın Rəfiyev deyib.

Onun sözlərinə görə, hər il Bonn görüşlərində gündəliyin qəbulu ilə bağlı müəyyən çətinliklər yaransa da, əslində, bu, belə olmamalıdır:

"Dubayda keçirilən COP28-dən öncə 11 gün boyunca müzakirələr aparıldı. Hazırda da ikinci gündür gündəliyin qəbul olunmasında ciddi çətinliklər yaşanır. Əslində, bu, Braziliya və iqlim sahəsində səlahiyyətli köməkçi orqanların işidir. Lakin Azərbaycanın müsbət təcrübələrindən yararlanmaq üçün bizə müraciət olundu. Çünki COP29-un gündəliyi ilk gün qəbul olunmuşdu".

Y.Rəfiyev aparılan danışıqlar və əldə olunan nəticələr haqqında da danışıb:

"Bizim nümayəndə heyəti 7-8 saat ərzində dövlətlərlə görüşdü. Nəticədə ortaq məxrəcə gəlmək üçün variantlar hazırlandı və yekunda qəbul olundu. Buna görə də nümayəndə heyətimizə həm dövlətlər, həm də köməkçi orqanların sədrləri tərəfindən təşəkkür edildi. Bundan sonrakı günlərdə danışıqlar prosesinin bəzilərinə özümüz sədrlik edəcəyik. Bəzi açılış və bağlanış mərasimlərində rəsmi çıxışlarımız nəzərdə tutulub. Azərbaycanın COP29-da irəli sürdüyü 14 təşəbbüslə bağlı yeddi tədbir keçiriləcək. Bu gündən etibarən həmin tədbirlərə start verilib".


SON XƏBƏRLƏR