• Bakı 17° C

    7.18 m/s

  • USD - 1.7

    EUR - 1.9265

    RUB - 2.1007

DGK ölkəyə idxalın kəskin artmasının səbəbini açıqladı
DÜNYA
21 May 2025 | 13:46

DGK ölkəyə idxalın kəskin artmasının səbəbini açıqladı

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın idxalının dəyərinin ötən ilin eyni dövrünə nisbətən 2 milyard 667,9 milyon ABŞ dolları və yaxud 48,8 % artması, bununla da xarici ticarətdəki müsbət saldonun illik müqayisədə 4,15 dəfə azalması ölkəyə gətirilən qeyri-monetar qızılla bağlıdır.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Belə ki, 4 ay ərzində Azərbaycana 2 milyard 527,3 milyon ABŞ dolları dəyərində qeyri-monetar qızıl idxal edilib ki, bu da 1 il əvvələ nisbətən 8,6 dəfə çoxdur.

"Qeyri-monetar qızılın idxalı nəzərə alınmadan ölkənin idxalının dəyəri 5 milyard 605,6 milyon ABŞ dolları (illik müqayisədə 8,4 % çox), xarici ticarətdə müsbət saldo isə 3 milyard 179,1 milyon ABŞ dolları (6,1 % çox) təşkil edib.


SON XƏBƏRLƏR