• Bakı 25° C

    6.59 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

Diplom tanınması ilə bağlı 358 müraciətə mənfi rəy verilib
CƏMİYYƏT
07 Iyul 2025 | 10:17

Diplom tanınması ilə bağlı 358 müraciətə mənfi rəy verilib

Cari ildə xarici kvalifikasiyaların tanınması ilə bağlı 2138 müraciət üzrə ekspertiza həyata keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu, Elm və Təhsil Nazirliyinin illik hesabatında öz əksini tapıb.

    Bildirilib ki, ekspertiza nəticəsində 1780 müraciət üzrə müsbət rəy verilib və müraciət edənlərə xaricdə əldə olunan kvalifikasiyaların tanınması haqqında şəhadətnamələr təqdim edilib. Digər 358 müraciət üzrə mənfi rəy verilib və müraciət edənlərin ali təhsil ixtisaslarının ölkə ərazisində tanınmaması haqqında qərar verilib.

    Xarici kvalifikasiyaların tanınması üzrə ən çox müraciət olunan ölkələrin siyahısı:

    Türkiyə Respublikası (644), Rusiya Federasiyası (522), Ukrayna (407), Birləşmiş Krallıq (108), Gürcüstan (101).

    Xarici kvalifikasiyaların tanınması üzrə ən çox müraciət olunan ali təhsil müəssisələrinin siyahısı:

    İstanbul Universiteti (65), Xarkov Milli Daxili İşlər Universiteti (37), Tbilisi Humanitar Tədris Universiteti (34), Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Universiteti (32), Ukrayna Milli Mülki Müdafiə Universiteti (30).

    Xarici kvalifikasiyaların tanınması üzrə ən çox müraciət olunan ixtisasların siyahısı:

    Hüquqşünaslıq, biznesin idarə edilməsi, iqtisadiyyat, maliyyə, menecment.


    SON XƏBƏRLƏR