• Bakı 15° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9026

    RUB - 2.1146

Diz artritinə əməliyyatsız həll: diz angioqrafiyası 
CƏMİYYƏT
15 May 2025 | 16:18

Diz artritinə əməliyyatsız həll: diz angioqrafiyası 

Diz oynağında artritləşmənin müalicəsində əməliyyatsız üsul kimi tətbiq olunan “Genikulyar Arter Embolizasiyası” (GAE) metodu, xəstələrin həyat keyfiyyətini yüksəltməyə kömək edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ankara Atatürk Sanatoriya Tədris və Tədqiqat Xəstəxanasının invaziv radiologiya üzrə mütəxəssisi dosent Dr. Emin Çakmakçı məlumat verib.

Onun sözlərinə görə, bu üsul xüsusilə 65 yaşdan aşağı olan və uyğun pasiyentlərdə 80 faizdən çox müsbət nəticə verir. Dizdə ağrıların erkən mərhələlərində pəhriz, çəki nəzarəti, oynaq mayesi inyeksiyası və kollagen dəstəyi ilə vəziyyət idarə oluna bilsə də, zaman keçdikcə pasiyentlər adi gündəlik fəaliyyətlərini belə yerinə yetirə bilməyəcək vəziyyətə gəlirlər.

Diz angioqrafiyası adlandırılan bu prosedur zamanı xəstənin əvvəlcə rentgen və MRT görüntüləri ətraflı şəkildə analiz olunur. Əgər orta və ya irəliləmiş mərhələdə kireçlənmə varsa və pasiyentdə sistemik xəstəlik, qan laxtalanma problemi yoxdursa, bu üsul tətbiq olunur. Ultrasəslə dizdəki ödem və tahribat dəyərləndirilərək, müalicəyə uyğunluq təyin olunur.

Prosedur qasıqdakı arteriyadan anju cihazı ilə girişlə həyata keçirilir və dizi qidalandıran 4 əsas damardan ödemə səbəb olan damar müəyyən olunaraq qapanır. Beləliklə, dizdə ağrılara səbəb olan ödəmin mənbəyi ortadan qaldırılır. Proses təxminən 1 saat davam edir.

Dr. Çakmakçının sözlərinə görə, uyğun pasiyentlərdə prosedurdan sonra xəstə məmnuniyyəti 80 faizdən çoxdur. Lakin revmatoid artrit, ağır şəkər və təzyiq xəstəliyi olan, yaşı 65-dən yuxarı olan və sümük səthləri tam birləşmiş pasiyentlər bu müalicəyə uyğun sayılmır.

Qeyd olunur ki, GAE metodu əsasən yaş tipli diz kireçlənməsində – yəni oynaq daxilində ödem və maye yığılması ilə müşayiət olunan hallarda daha təsirli nəticə verir.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

15 May 2025