Uqandanın dörd tərkib krallığından biri olan Toronun hökmdarı Oyo Nyimba Kabamba İquru Rukidi naməlum xəstəlik səbəbindən 34 yaşında vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, bu haqda CNN məlumat yayıb.
“Dərin kədər hissi ilə Əlahəzrət Toro Omukaması – Kral Oyo Nyimba Kabamba İquru Rukidinin vəfatı barədə məlumat verirəm”, - Krallığın Baş naziri Kelvin Armstronq Rvomiire Akiiki bildirib.
Rəsmi şəxs əlavə edib ki, kral cümə axşamı yerli vaxtla saat 22:00 radələrində dünyasını dəyişib.
Qeyd edək ki, atasının vəfatından sonra, 1995-ci ildə, cəmi üç yaşında taxta çıxan Rukidi IV dünyanın ən gənc hökmranlıq edən monarxı olub.












