• Bakı 30° C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Ərdoğan vasitəçi ola bilməz - Kreml
DÜNYA
04 Iyul 2024 | 00:22

Ərdoğan vasitəçi ola bilməz - Kreml

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda mümkün vasitəçi rolunda çıxış etməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov "Birinci Kanal"ın efirində bildirib.

Kreml sözçüsü Türkiyə liderinin bu danışıqlarda vasitəçi olmasının mümkün olub-olmaması ilə bağlı suala belə cavab verib:

“Xeyr, mümkün deyil”.

Peskov həmçinin Ərdoğan və Putin arasında bugünkü görüşdə Ukrayna münaqişəsi mövzusunun müzakirə olunduğunu təsdiqləyib.


SON XƏBƏRLƏR