• Bakı 21° C

    4.47 m/s

  • USD - 1.7

    EUR - 1.9654

    RUB - 2.1656

Ərdoğan və Putin RAZILAŞDI
DÜNYA
18 Iyun 2025 | 00:43

Ərdoğan və Putin RAZILAŞDI

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan iki ölkənin xarici siyasət və müdafiə qurumları arasında təmasların intensivləşdirilməsi barədə razılığa gəliblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov dövlət başçılarının telefon danışığının nəticələrini şərh edərkən bildirib.

“Prezidentlər bir sıra nazirliklər arasında təmasların fəallaşdırılması barədə razılığa gəliblər. Açıq şəkildə deyim ki, bu situasiyada Yaxın Şərqdəki gərginliyi nəzərə alaraq əsasən iki nazirlik nəzərdə tutulur: hər iki ölkənin xarici işlər və müdafiə nazirlikləri”, – deyə Uşakov qeyd edib.

Bundan əlavə, Kremlin mətbuat xidmətinin məlumatına görə, Rusiya və Türkiyə nümayəndələri bu həftə keçiriləcək Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində ayrıca görüşlər də keçirəcəklər./axar.az 


SON XƏBƏRLƏR

17 Iyun 2025