• Bakı 26° C

    7.83 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

Ərdoğandan İsrailə Suriya xəbərdarlığı...
DÜNYA
17 Iyul 2025 | 21:58

Ərdoğandan İsrailə Suriya xəbərdarlığı...

İsraili hüquq, qayda-qanun tanımayan gözüdönmüş terrorçu dövlətdir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra Suriyada baş verən son hadisələri şərh edərkən deyib.

“Bugünkü mərhələdə regionun problemi İsrailin təcavükarlığı ilə əlaqəlidir. Bu vəhşilik, soyqırım heç vaxt unudulmayacaq. Regionu xaosa sürükləmək üçün hər şeyi edir. 58 min fələstinli şəhid oldu, 138 mindən çoxu yaralandı. Bütün bunlar azmış kimi İsrail özbaşınalığını Suriyada da göstərir”, - deyə Ərdoğan bildirib.

Ərdoğan əlavə edib ki, Suriyanın suverenliyi, ərazi bütövlüyü Türkiyə üçün prioritet məsələdir və ölkənin parçalanmasına əsla icazə verilməyəcək.


SON XƏBƏRLƏR

17 Iyul 2025