"Mançester Yunayted" futbol klubunun keçmiş yarımmüdafiəçisi Kristian Eriksen azad agent kimi "Volfsburq"a keçə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq "X" sosial şəbəkəsində məlumat paylaşıb.
Onun sözlərinə görə, bu transfer yaxın vaxtlarda baş tutacaq. Hazırda tərəflər əməkdaşlığın yekun detallarını müzakirə edirlər.
Jurnalist Fabritsio Romano da bu məlumatı təsdiqləyib.
Qeyd edək ki, Eriksen 2022-ci ilin yayından "Mançester Yunayted"də çıxış edib. O, bu komandada 107 oyun keçirib, 8 qol vurub və 19 məhsuldar ötürmə verib.