Ermənistanın Konstitusiya Məhkəməsi sentyabrın 15-dən Ermənistan və ABŞ arasında "Tramp marşrutu" (TRIPP) layihəsi üzrə strateji əməkdaşlıq haqqında çərçivə sazişində təsbit edilmiş öhdəliklərin Konstitusiyaya uyğunluğu məsələsini nəzərdən keçirməyə başlayacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "News.am" məlumat yayıb.
"Sazişdə nəzərdə tutulan öhdəliklərin konstitusiyaya uyğunluğu ilə bağlı iş icraata qəbul edilib", - nəşr qeyd edir.
Qeyd edək ki, bu il iyunun 4-də Ermənistan və ABŞ TRIPP layihəsi çərçivəsində strateji əməkdaşlıq haqqında çərçivə sazişi imzalayıb.
Bakı 











