Gürcüstanda baş verən genişmiqyaslı elektrik kəsintisi səbəbindən Tbilisi metrosunun və Gürcüstan Dəmir Yollarının fəaliyyətində fasilələr yaranıb.
Bakıvaxtı.az xəbər verir ki, elektrik enerjisinin kəsilməsi nəticəsində Tbilisi Metropoliteni hazırda sərnişinlərə xidmət göstərmir.
Həmçinin vətəndaşların məlumatına görə, Gürcüstan Dəmir Yollarında da hərəkət müvəqqəti dayandırılıb.
Elektrik kəsintisinin rəsmi səbəbi hələ açıqlanmayıb.
***20:53
Gürcüstanda yenidən elektrik enerjisi ilə təchizatda problem yaranıb.
Bakıvaxtı.az xəbər verir ki, Tbilisi və bölgələrin əksər hissəsi saat 20:10-dan etibarən işıqsız qalıb.
Ölkədə analoji problem iyulun 24 və 25-də də yaşanıb.
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti elektrik enerjisi kəsintiləri ilə bağlı sabotaj maddəsi üzrə araşdırma aparır./Apa
Bakı 











