Türkiyə təmsilçilərindən "Fənərbağça"nın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibi bəlli olub.
Bakıvaxtı.az xəbər verir ki, İstanbul təmsilçisi III təsnifat mərhələsində Avstriyanın "Şturm Qrats" klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, pley-offda "Lion" - "Sparta Praqa" cütünün qalibi ilə qarşılaşacaq.
Xatırladaq ki, İsmail Kartalın yetirmələri ÇL-in II təsnifat mərhələsində Polşa təmsilçisi "Qornik Zabrze" ilə gərgin mübarizədən iki oyunun yekununa görə qalib ayrılaraq adını inamla növbəti mərhələyə yazdırmışdı.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri isə 25-26-da keçiriləcək.
Bakı 











