Parisdə naməlum şəxslər ekoloji keçiddən məsul olan nazir Matye Lefevrenin mənzilini qarət ediblər.
Bakıvaxtı.az xəbər evrir ki, bu barədə "Le Parisien" qəzeti hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, soyğun axşam saatlarında, məmur və onun sevgilisi evdə olmadığı vaxt baş verib. İddialara görə, oğrular qapını açmaq üçün cütlüyün poçt qutusunda qoyduğu ehtiyat açardan istifadə ediblər. Mənbənin sözlərinə görə, bu, hadisədən sonra açarın yoxa çıxması və məcburi giriş əlamətlərinin olmaması ilə təsdiqlənib.
Məlumatda təxminən 10.000 avro dəyərində zərgərlik əşyalarını oğurladıqları bildirilir.
Bakı 











