• Bakı 26° C

    7.83 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

İki bacı çayda boğulub ÖLDÜ
DÜNYA
17 Iyul 2025 | 20:33

İki bacı çayda boğulub ÖLDÜ

Türkiyədə iki bacı çayda boğulub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Şanlıurfanın Birecik qəsəbəsində baş verib.

Ailəsi ilə Fərat çayının sahilində dincələn 17 yaşlı Sevgi Arslan və 13 yaşlı Beyza Nur Arslan sərinləmək üçün suya giriblər. Onların boğulduqlarını görən ətrafdakılar qızları sudan çıxarıblar. Xəstəxanaya yerləşdirilən Beyza Nur ilk müdaxiləyə baxmayaraq, həmin gün ölüb. Onun bacısı Sevgi Arslan isə bu gün səhər saatlarında xəstəxanada keçinib.

Meyitlər dəfn olunmaları üçün ailəsinə təhvil verilib./Lent.az


SON XƏBƏRLƏR

17 Iyul 2025