• Bakı 21° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

İran NATO-nu tənqid edib
DÜNYA
25 Iyun 2025 | 16:48

İran NATO-nu tənqid edib

NATO baş katibi Mark Ruttenin müstəqil ölkəyə hücum edən bir ölkəni təbrik etməsi və hücumu “fövqəladə” adlandırması nifrət yaradan addımdır.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, belə bir hücumu dəstəkləyən tərəf həmin hücumda şərik və əlbir hesab olunur.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.

Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.


SON XƏBƏRLƏR