• Bakı 16° C

    6.35 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

İran neynəyəcək: Səssiz oturacaq, ya qalxıb bağıracaq? - Əkbər Qoşalı yazır
YAZARLAR
22 Sentyabr 2022 | 16:24

İran neynəyəcək: Səssiz oturacaq, ya qalxıb bağıracaq? - Əkbər Qoşalı yazır

Əkbər Qoşalı

İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Azərbaycanı təhdid edib. O, Azərbaycan- Ermənistan mövzusuna toxunaraq, sərhəd dəyişikliyi olarsa, səssiz oturmayacaqlarını vurğulayıb.

Çadranı düzgün geymədiyi (!) üçün öldürülən gəncəcik bir qıza görə hazırda qanlı ayaqlanmaya uğramış ölkənin yüksək çinli hərbi rəhbəri deyir bu sözü. Bu sözü, 30 ilə yaxın Azərbaycan Respublikası-İran sərhəddini amansız işğalda saxlamış Ermənistana "gözün üstə qaşın var" deməyən, tam tərsinə, Ermənistanla qanunsuz işbirliyi içində olmuş hərbi-siyasi rejimin təmsilçisi deyir. Bizi o adam hədələyir ki, təmsilçisi olduğu dövlət Ermənistanı müdafiə modundadır və guya İslam Respublikasıdır... 

Məhəmməd Baqiri nə əcəb, İran düşməni ABŞ-ın yüksək vəzifəli rəsmisi Nensi Pelosinin ətəyindən mədəd uman Ermənistan rəhbərliyinə deyil də, Pelosinin səfərinin ardınca bizə diş qıcayır?..

İran-Ermənistan dövlət sərhədinin neçə yaşı var? Cəmi 31 il. Öncələr o sərhəd SSRİ-İran sərhəddi sayılırdı. Azərbaycan Xalq Cümhuriyyəti dönəmində (28.05.1918- 28.04.1920), eləcə də, Azərbaycan SSR-nin ilk aylarında (30.11.1920-ci ilədək) Zəngəzur hüquqi, inzibati baxımdan bizim tərkibimzdəydi. Çar Rusiyası dövründə isə Zəngəzur Yelizavetpol (Gəncə) quberniyasının tərkibində olub. Bir sözlə, tarix boyu Azərbaycanın olmuş bir ərazinin hər hüdudu da Azərbaycanın mədəni-mənəvi, tarixi xəritəsindədir və oradan Naxçıvanımıza dəhliz açılması heç cür qəbahət sayıla bilməz General-mayor rütbəsində və Baş qərargah rəisi görəvində olan kəs özü öz təhdidinin anlamsızlığını, mahiyyətsizliyini başa düşmürmü guya? Guya əsl motivin nə olduğunu kim bilmir ki?

Ey "qorxulu" Tehran, öncə öz əhalini, səninçün qan tökmüs, can vermiş Təbrizi, Ərdəbili, Urmunu, Makunu, Miyananı, Sulduzu... haqq etdiyi xoşbəxt yaşama qovuşdur, sonra başqa qayğıların peşinə düş.

Urmu gölünə yezid münasibətini dəyiş, sonra başqa tərəflərə uzan...

Ermənistandan sənə nəinki qardaş, nəinki bacı, heç məşuqə də olmaz. Ən azı "iki adaxlısı var" olan Ermənistanla bir körpün var, ondan da çox rahatsız olmayasan... Azərbaycan körpüsalanları lazım gələrsə, ondan daha enli körpülər sala bilir. Zatən üst-üstə 9 min kasıb erməninin məskunlasdırıldığı Meğri səmtlərdə ticarət də ölü gündədir. Oralar öz həqiqi sahibinin nəfəsi ilə canlana bilər... 

Allah necə haqdır.

Dövlətimiz zaval görməsin!


SON XƏBƏRLƏR