• Bakı 26° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9697

    RUB - 2.08

İsrail ordusu Oskar mükafatlı fələstinli rejissoru saxlayıb
DÜNYA
29 Iyul 2025 | 11:53

İsrail ordusu Oskar mükafatlı fələstinli rejissoru saxlayıb

İsrail ordusu “Başqa torpaq yoxdur” sənədli filminin fələstinli rejissorlarından Həmdan Bilalı İordan çayının qərb sahilində saxlayıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Hebronun Susya kəndində baş verib.

Yerli media Bilalın bölgədə israillilərə daş atmaq ittihamı ilə saxlanıldığını bildirib.

İsrail ordusu saxlanma faktını təsdiqləyib.

Qeyd edək ki, Oskar mükafatı qazanmış film İsrailin Fələstindəki hərbi fəaliyyətini sənədləşdirir.

Əli Hüseynov


SON XƏBƏRLƏR

29 Iyul 2025