• Bakı 22° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Keçmiş prokurorun bloqer xanımının hovuzdan meyiti tapıldı
DÜNYA
04 Iyun 2025 | 13:12

Keçmiş prokurorun bloqer xanımının hovuzdan meyiti tapıldı

"Karnaval kraliçası" kimi tanınan fitnes influenseri otelin hovuzunda ölü tapılıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, Meksikalı idmançı-influenser Luz Marí­a Barrera Agatón ailəsi və dostları ilə birlikdə qaldığı otelin hovuzunda ölüb.

Hadisə Meksikanın Motul şəhərində, Kankunun qərbində yerləşən "Coco Resort & Villas" otelində baş verib. 36 yaşlı Agatón gecəni yaxınları ilə hovuz kənarında keçirib, gecə saat 12 radələrində isə hamı otaqlarına çəkilib və o, orada tək qalıb. Səhər saatlarında geri qayıtmadığı üçün narahat olan ailə üzvləri axtarışa çıxıb və qadının meyitini hovuzun dibində tapıblar.

Agatón dərhal sudan çıxarılıb və hadisə yerinə gələn təcili yardım briqadası müdaxilə etsə də, onun artıq öldüyü müəyyən olunub. Polis istintaqı aparır və hadisənin qəsdən törədilmə ehtimalını istisna etmir.

Yerli mediaya görə, bu hadisə, Agatónun Merida şəhərində yerləşən idman zalının qarşısında ona qarşı təhdid mesajı yazılmış bannerin asılmasından iki həftə sonra baş verib. Bildirilir ki, Agatón həmin banneri özü çıxarıb və hüquq-mühafizə orqanlarına məlumat vermədən məhv edib.

2017-ci ildə də Agatón və onun o vaxtkı həyat yoldaşı, sabiq dövlət prokuroru Chiri Roberto təhdidlərə məruz qalmışdı. Üstəlik, 2023-cü ildə onun rəhbərlik etdiyi idman zalında məşqçinin səhlənkarlığı nəticəsində bir gəncin başına qantel düşmüş və faciəli şəkildə ölmüşdü. İstintaq bu olayların Agatónun ölümü ilə əlaqəsinin olub-olmadığını araşdırır.

Agatón Yucatan Bədən Tərbiyəsi və Fitnes Assosiasiyasının (YAFFEY) vitse-prezidenti idi.


SON XƏBƏRLƏR

05 Iyun 2025