• Bakı 15° C

    10.32 m/s

  • USD - 1.7

    EUR - 1.843

    RUB - 0.0175

Kəmaləddin Heydərov Salyana rəis təyin etdi
CƏMİYYƏT
18 Oktyabr 2024 | 16:24

Kəmaləddin Heydərov Salyana rəis təyin etdi

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə yeni rəis təyin edilib.

Bakıvaxtı.az qaynarinfo.az-a istinadən xəbər verir ki, nazirliyin daxili xidmət mayoru Zaur Böyükağa oğlu Quliyev sözügedən idarənin rəisi təyin olunub.

Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, bir ay əvvəl polkovnik-leytenant Rəfi Məhəmməd oğlu Ağayev Salyan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.


SON XƏBƏRLƏR