• Bakı 21° C

    2.4 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

Konfrans Liqasında ev oyunlarını Azərbaycanda keçirəcəklər
İDMAN
08 Iyun 2026 | 23:26

Konfrans Liqasında ev oyunlarını Azərbaycanda keçirəcəklər

Belarusun BATE klubu UEFA Konfrans Liqasında ev oyunlarını Azərbaycanda keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Belarusun football.by saytı məlumat yayıb.

Bildirilib ki, Borisov təmsilçisi ev arenası kimi Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunu sifariş edib. BATE Konfrans Liqasındakı rəqiblərini məhz bu stadionda qəbul edəcək.

Qeyd edək ki, BATE Konfrans Liqasına 1-ci təsnifat mərhələsindən qoşulacaq. Bu mərhələnin püşkatma mərasimi iyunun 16-da keçiriləcək. Oyunlar isə iyulun 9-u və 16-da baş tutacaq.

Qeyd edək ki, Ukraynadakı müharibə ilə əlaqədar UEFA Beıarus komandalarını doğma meydanda keçirmək qadağası qoyub. (qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Iyun 2026