• Bakı 18° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.9265

    RUB - 2.1007

Yumşaq korsetlərin təhlükələri və düzgün istifadə qaydaları — mütəxəssis izah edir
CƏMİYYƏT
21 May 2025 | 15:26

Yumşaq korsetlərin təhlükələri və düzgün istifadə qaydaları — mütəxəssis izah edir

Yumşaq korsetlər əzələlərin zəifləməsinə, yumşalmasına və digər ciddi problemlərə yol aça bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun baş həkimi Nizami Məmmədov canlı yayımda danışıb.

Onun sözlərinə görə, skoliozun 2-ci və 3-cü mərhələlərində korset istifadəsi qaçılmazdır:

“Bu mərhələdə bərk korsetlərdən istifadə edilir və onlar əzələlərə zərər vermir. Ancaq yumşaq korsetlər əksinə, müxtəlif problemlərə səbəb ola bilər”, – deyə baş həkim bildirib.

Həkim əlavə edib ki, korset istifadəsi mütləq mütəxəssis nəzarəti altında olmalıdır.

Mina Mikayılova


SON XƏBƏRLƏR

21 May 2025