Rusiya tərəfi Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəal iştirakında maraqlıdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Biz Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəal iştirakında maraqlıyıq ", - o, erməni həmkarı Ararat Mirzoyanla danışıqların yekunlarına dair mətbuat konfransında çıxışı zamanı bildirib.
Görüş zamanı diplomatlar təhlükəsizlik sahəsində əməkdaşlıq mövzusunu da müzakirə ediblər.