ABŞ və Çin rəsmiləri Londonda ticarət danışıqlarını yekunlaşdırıblar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
İyunun 9-da başlayan danışıqlarda Çin tərəfini Baş nazirin müavini Xe Lifen təmsil edib. ABŞ nümayəndə heyətinə maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Lutnik və ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qrir daxil idi.
Çin və ABŞ arasında ticarət-iqtisadi məsləhətləşmələr mexanizmi mayın 10-dan 11-dək Cenevrədə keçirilən danışıqlardan sonra yaradılıb. Həmin görüşdə Pekin və Vaşinqton may ayına qədər məbləği 100 %-i ötmüş qarşılıqlı rüsumları qismən azaltmaq barədə razılığa gəliblər.