• Bakı 29° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.9847

    RUB - 2.1795

Magistraturaya keçid balları artırılacaq? - Ehtimallar
CƏMİYYƏT
14 Iyul 2025 | 14:06

Magistraturaya keçid balları artırılacaq? - Ehtimallar

“Son illərdə ali təhsilin magistratura səviyyəsində əsaslı dəyişikliklər aparılıb ki, bu da özünü əsasən MBA (Master of business administration) ixtisaslarında büruzə verir”.

Bunu Bakıvaxtı.az-a ictimai fəal Anar Salehoğlu deyib.

Onun sözlərinə görə, qəbul qaydalarında müəyyən yeniliklərin tətbiqi 2024-cü ildə demək olar ki, bütün ixtisaslar üzrə keçid ballarının aşağı düşməsinə səbəb olub. Məsələnin maraqlı tərəfi 2025-ci ildə göstəricilərin hansı səviyyədə olacağıdır.

A.Salehoğlu bildirib ki, 2024-cü ildə 23 minə yaxın, 2025-ci ildə isə 26 minə yaxın tələbə magistraturaya qəbul olmaq üçün imtahanda iştirak edib:

“Bu ilin may ayında bu göstərici əsasında ekspertlər keçid ballarında artım olacağını düşünürdülər. Ancaq son günlərdə Dövlət İmtahan Mərkəzi tərəfindən bakalavrlara ixtisas seçimi üçün verilmiş zamanın uzadılması, gözlənilənin əksinə yalnız 13 minə yaxın tələbənin öz ərizəsini təsdiqləməsi bizi prosesi yenidən təhlil etməyə vadar edir”.

Anar Salehoğlu, ictimai fəal

Müsahibimizin fikrincə, ali təhsil müəssisələrində çoxsaylı yerlərin boş qalması magistratura səviyyəsinə keçid ballarının qalxacağına yox, əksinə az da olsa düşəcəyinə işarə edir. Dediyinə görə,  belə olan halda imtahanlarda topladığı ballar yüksək olmayan bakalavrlara səslənərək onları ixtisas seçimində iştirak edib ərizələrini təsdiq etməyə səsləyirəm.

“Bu il keçid ballarında əsaslı dəyişiklik olacağını düşünmürəm. Hər biriniz ixtisas seçimlərinin ilkin nəticələri elan olunduqdan sonra bunun şahidi olacaqsınız”, - deyə Anar Salehoğlu əlavə edib.

Nərgiz Məmmədli


SON XƏBƏRLƏR