• Bakı 26° C

    2.19 m/s

  • USD - 1.7

    EUR - 1.9847

    RUB - 2.1795

Gürcüstan bu xarici ölkə vətəndaşlarını deportasiya edəcək
DÜNYA
14 Iyul 2025 | 19:14

Gürcüstan bu xarici ölkə vətəndaşlarını deportasiya edəcək

Gürcüstanda bəzi cinayət əməllərini törətmiş xarici ölkə vətəndaşları həbs olunmaq əvəzinə, deportasiya ediləcəklər. Onların Gürcüstana girişi cinayətin ağırlığından asılı olaraq, iki ildən iyirmi ilə qədər və ömürlük qadağan olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, bununla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinə dəyişikliklər edilib.

Həmin dəyişikliklərlə məhkəmələrə konkret cinayətlərə görə cəza tədbiri kimi əcnəbilərin ölkəyə girişinə qadağa qoyulması ilə ölkədən qovulmadan istifadə etmək hüququ verilir. Bu dəyişikliklər oktyabrın 1-dən qüvvəyə minəcək.

Yeni qaydalara əsasən, Gürcüstan sərhədini qanunsuz keçməkdə, miqrantları qanunsuz daşımaqda və ya qeyri-qanuni miqrantların ölkədə qalmasına şərait yaratmaqda təqsirləndirilən əcnəbilər üçün həbs cəzasına alternativ olaraq Gürcüstandan çıxarılma və müəyyən müddətə ölkəyə girişinə qadağa tətbiq oluna bilər. Eyni zamanda, oktyabrın 1-dən Cinayət Məcəlləsində Gürcüstandan deportasiyaya məhkum edilmiş və müəyyən müddətə ölkəyə gəlişi qadağan olunmuş və ya barəsində Gürcüstandan deportasiya edilməsi barədə məhkəmə qərarı olan əcnəbinin məhkəmə qərarının icrasına maneçilik törətməsi cinayət sayılacaq yeni maddə qüvvəyə minəcək.


SON XƏBƏRLƏR