• Bakı 30° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.9847

    RUB - 2.1795

Kelloq Zelenski ilə ABŞ silahlarının tədarükünün sürətləndirilməsini müzakirə edib
DÜNYA
14 Iyul 2025 | 22:19

Kelloq Zelenski ilə ABŞ silahlarının tədarükünün sürətləndirilməsini müzakirə edib

ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski ilə görüş zamanı NATO ilə yeni saziş çərçivəsində Kiyevə Amerika silahlarının tədarükünün sürətləndirilməsini müzakirə edib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Kelloq "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Bu gün Kiyevdə Zelenski ilə ABŞ Prezidentinin Ukraynaya ən yaxşı Amerika silahlarının tədarükünü sürətləndirəcək tarixi NATO sazişini müzakirə etmək üçün görüşdük", - paylaşımda qeyd olunub.

"Müttəfiqlər tərəfindən tam maliyyələşdirilən saziş tədarükləri sürətləndirir, Ukraynanın müdafiəsini dəstəkləyir, NATO birliyini gücləndirir və güc vasitəsilə sülhə sadiqliyini vurğulayır", - deyə o əlavə edib.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ NATO ilə Ukraynaya Amerika silahlarının tədarükü barədə razılığa gəlib. Bu zaman belə tədarüklər tamamilə Avropa ölkələri tərəfindən ödəniləcək. O, həmçinin əlavə edib ki, ABŞ Kiyevə əlavə silahlar, o cümlədən Patriot raket əleyhinə müdafiə sistemləri üçün raketlər verəcək.


SON XƏBƏRLƏR

14 Iyul 2025