Vaşinqton islam respublikası ərazisində uranın zənginləşdirilməsindən imtina şərtini saxlayarsa, İran ABŞ ilə danışıqlara razılaşmayacaq,
Bakıvaxtı.az-ın "RİA Novosti"yə istinadən məlumatına görə, bu barədə İranın ali lideri tərəfindən beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vəlayəti bildirib.
"Onlar deyirlər ki, İran zənginləşdirməni dayandırmalıdır, halbuki bu, bizim qırmızı xətlərimizdən biridir və əgər danışıqlar zənginləşdirmənin dayandırılması şərti ilə aparılacaqsa, belə danışıqlar qətiyyən baş tutmayacaq", - deyə Vəlayəti deyib.
İyulun 12-də İranın xarici işlər naziri Abbas Əraqçi bildirmişdi ki, Tehran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə qarşılıqlı fəaliyyəti dayandırmır, lakin bu, başqa forma alacaq. Onun sözlərinə görə, indi agentliyin sorğuları İranın Ali Milli Təhlükəsizlik Şurası tərəfindən fərdi qaydada nəzərdən keçiriləcək. O cümlədən, təhlükəsizlik məsələləri də nəzərə alınacaq.
İyulun 2-də ölkə prezidenti Məsud Pezeşkian BAEA ilə əməkdaşlığın dayandırılması haqqında fərman imzalamışdı. Parlament sədrinin müavini Həmid-Rza Hacı Babainin izah etdiyi kimi, qərar məxfi məlumatların sızması ilə əlaqədar olub.