• Bakı 24° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.9847

    RUB - 2.1795

Paşinyan Makronla görüşdü - YENİLƏNİB
DÜNYA
14 Iyul 2025 | 23:07

Paşinyan Makronla görüşdü - YENİLƏNİB

Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makrona Brüsseldə keçirilən müzakirələrin nəticələrini açıqlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Yelisey sarayında keçirilən görüşün ardından Ermənistan hökuməti məlumat verib.

Daha əvvəl Paşinyan Brüsseldə Ursula fon der Lyayen və Antoniu Koşta ilə üçtərəfli görüşdə iştirak edib.

Qeyd olunur ki, Paşinyan və Makronun Parisdəki söhbətinin mərkəzində regional əhəmiyyətli məsələlər olub. Ermənistanın baş naziri Makronu Fransanın milli bayramı münasibətilə təbrik edib, Fransa prezidenti isə "Ermənistanla çoxtərəfli əməkdaşlığın inkişafına və dərinləşməsinə sadiqliyini vurğulayıb".

"Biz Cənubi Qafqazda təhlükəsizliyi və davamlı sülhün qurulması üçün səyləri müzakirə etdik. Bu mühüm prosesdə sarsılmaz dəstəyinə görə Fransaya təşəkkür edirəm", - Paşinyan X sosial şəbəkəsində yazıb.

***

21:09

Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronla görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, görüş Yelisey sarayında baş tutub.

Paşinyan görüşün görüntülərini sosial şəbəkədəki səhifəsində yerləşdirib.

 

***

17:14

Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldən Parisə yollanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bu gün o, daha əvvəl yenidən İrəvana dövlət səfərinə dəvət etdiyi Fransa Prezidenti Emmanuel Makronla görüşəcək.


SON XƏBƏRLƏR