• Bakı 25° C

    4.05 m/s

  • USD - 1.7

    EUR - 1.9847

    RUB - 2.1795

Lənkəranda ferma yanıb
HADİSƏ
14 Iyul 2025 | 22:53

Lənkəranda ferma yanıb

Lənkəranda iş adamına məxsus ferma yanıb.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, yanğın hadisəsi rayonun İstisu qəsəbəsində tanınmış fermer təsərrüfatında baş verib.

Əraziyə 5 yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub.

2 000 kv.m. sahəni əhatə edən yanğın nəticəsində 5 baş iribuynuzlu heyvan tələf olub, 10 mindən çox ot bağlaması yanıb.

Qısa müddətdə yanğın lokallaşdırılıb.

Meşə zolağı və 5 ədəd kənd təsərrüfatı texnikası yanğından mühafizə olunub.

Hazırda yanğının tam qarşısını almaq üçün işlər davam etdirilir.


SON XƏBƏRLƏR

14 Iyul 2025