• Bakı 18° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Manısların toy sərgüzəştləri – Qalib İbrahimoğlu yazır
YAZARLAR
06 Aprel 2023 | 13:18

Manısların toy sərgüzəştləri – Qalib İbrahimoğlu yazır

Qalib İbrahimoğlu

Varlı-karlı toy sahibi oğlunun sad gününə ölkənin “sayılıb-seçilən”, məşhur müğənnilərini dəvət edib. Özü də şərti odur ki, toy başlayandan bitənəcən bütün müğınnilər orda olmalıdır.

Elə hadisə də toya qədər baş verir.

... Məhəmməd Fǝda & Elnur Ağdamlı  həmkarları Samir Ilqarlı & Tural Sədanı görüb “Avtodur bunlar” deyərək, "Avtoşlar"ın maşına minirlər. Bu vaxt Fərid Biləcərili & Hakim də özlərini onlara çatdırırlar. Maşına minən kimi də "Sür, ay qardaşım" deyərək, tez getmələrini istəyirlər.

Ancaq Fərəcov əl edib, maşını saxladır və arxa oturacaqda oturur: "Gedirik Nabrana"?

Maşının yüksək sürətlə hərəkət etdiyini görən Fərhad başını yelləyərək öz-özünə "Şəhər xuliqanları" deyir. Bu vaxt İlqar Dəniz & Orxan Eşqin onun səsinə səs verirlər: "Xuliqanski".

Müğənnilər yavaş-yavaş toplanırlar.

Manıs tayfası harda, maraqlı söhbətlər də orda. Toy sahibinə də “manısların dünyası” maraqlı gəldiyindən, onların yanına gəlir.

Gəlməyinə də peşman olur.

Görür ki, hərə bir tərəfdə öz aləmindədir.

İlkin Çərkəzoğlu "Aparır, kayf aparır" "Bomba kayfda", "Kayfim zor olanda" deyir,  Məhəmməd Fəda onun acığına "Zır kayfdayam bu gün" söyləyir. İlqar Dəniz & Orxan Eşqinsə arxa qapıdan içəri girərək, yüksək səslə  "Nə, nə, nə nəşəni çəkdim, xu, xu, xu xumar apardı" deyir.

Bu biri yanda lap erotik söhbət gedir. Orxan Eşqin & Aysel Şirin "Ölürəm öpüşmək üçün" deyirlər. Sevgi də onlara qoşulur: "Öp, öp".

Bu söhbətə dözməyən Elvin Xəyal "Kül bunun qız başına" deyərək, zaldan çıxır.

Çıxarkən Günay İbrahimliylə toqquşur. Günayın "O kimdir ki?!" sualına Cavad Rəcəbov "Balaca kişi" deyərək, qəşş eləyir.

Elçin Göyçaylı "Ley-pey olmuşam" deyib əlindəki butulkanı stolun üstünə qoyur. Toğrul Göyçaylı & Nurlan Göyçaylı "Adam nə qədər ley-pey?" deyərək, üzlərini Şamil Vəliyevə çevirirlər. O isə "İçirəm mən" deyib İlqar Dənizə baxır. O da öz növbəsində "İçirəm" söyləyir. Elvin Elcan da öz işindədir. Arada "Kefliyəm" deyə dillənir.

Elçin Göyçaylı başqa masada oturub. Ofisianta "Mey gətir" əmrini verir.

Ülviyyə Namazovayla Azəri oğlan Cəfər ayrı oturublar. Ülviyyə Namazovanın "Evli insan sevirəm" sözünə Azəri oğlu Cəfər "Evli qadın sevirəm" sözüylə cavab verir.

İlqar Dəniz & Orxan Eşqin səhnəyə yaxın yerdə bir-birinə "Üzün meymuna oxşar" deyib zarafatlaşırlar.

Söhbətlərdən bezən Tural Sədalı bu tərəfdən etiraz edir:

- "Özümü atdım Xəzərə";

Mehdi Sadiq & Noton Tural Sədalının qarşısını aldılar:

- Alə, "Yaşamaq lazım".

Sənan & Vǝli & Arzu "Bu da təzə temadır, yetim" deyərək, Said & Samidə tərəf çevrilirlər. Onlar da çiyinlərini çəkərək,  "Nağaracuğa" deyirlər.

Müğənnilər Turalı əzizləməyə başlayırlar.

Orxan Dəniz & Aşiq Səbuhi "Mənim balam bal dadır" deyir, Şəbnəm Tovuzlu "Baldır balam" söyləyir. Bu yandan Üzeyir Mehdizadə & Rəqsanə dillənir: "Dəli balam",  Mehriban da onlardan geri qalmır: "Dəli balam". Aygül Səfərova da "Dəlidir balam" deyərək, həmkarları kimi zümzümə edir.

...Toy sahibi bunlarla toyu yola verə bilməyəcəyini görüb hamısını saraydan çıxarır.

Zalda qalan Narana Paşayeva isə yazıq-yazıq toy sahibinə baxıb deyir:

-"Əmim oğlu, neylədin?"


SON XƏBƏRLƏR

18 Aprel 2024