• Bakı 26° C

    7.83 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

Merts: Ukrayna tezliklə uzaqmənzilli silahlar alacaq
DÜNYA
17 Iyul 2025 | 21:07

Merts: Ukrayna tezliklə uzaqmənzilli silahlar alacaq

Ukrayna qarşıdakı həftələrdə və aylarda Britaniya və Almaniyanın müdafiə sənayesi ilə əməkdaşlıq halında istehsal olunan uzaqmənzilli silah sistemlərini alacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts Böyük Britaniyanın Baş naziri Kir Starmerlə birgə mətbuat konfransı zamanı bildirib.

“Ukraynaya hərbi dəstək haqqında ətraflı söhbət etdik. Söhbət təkcə hava hücumundan müdafiə sistemi ilə bağlı deyil, həm də Ukraynanın özünü uzaqmənzilli sistemlərlə daha yaxşı müdafiə etmək qabiliyyətindən gedir. Biz bunu uzaq mənzilli atəş adlandırırıq. Ukrayna tezliklə - gələcək həftələrdə və aylarda bu sahədə əhəmiyyətli əlavə dəstək alacaq, o cümlədən Ukrayna ilə qurduğumuz sənaye əməkdaşlığı sayəsində”, - o deyib.

Qeyd edək ki, mətbuat konfransı Böyük Britaniya və Almaniya arasında dostluq müqaviləsinin imzalanmasından sonra baş tutub.


SON XƏBƏRLƏR

17 Iyul 2025