• Bakı 16° C

    6.83 m/s

  • USD - 1.7

    EUR - 1.9026

    RUB - 2.1146

NATO İstanbul danışıqlarında irəliləyişə ümid edir
DÜNYA
15 May 2025 | 15:25

NATO İstanbul danışıqlarında irəliləyişə ümid edir

NATO ölkələri ABŞ-nin Ukrayna münaqişəsinin həlli üçün göstərdiyi səylərə dəstəyini ifadə edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə bu gün Alyansın baş katibi Mark Rütte Antalyada NATO ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün yekununa dair mətbuat konfransında bildirib.

"Biz NATO-da Trampın müharibənin ədalətli və uzunmüddətli həlli istiqamətində göstərdiyi səylərə dəstəyimizi bir daha qeyd edirik", - Rütte deyib.

O qeyd edib ki, alyans Ukraynaya uzunmüddətli dəstək verməyə sadiqdir: "Söhbət Ukraynanı bu gün və gələcəkdə özünü müdafiə etmək imkanı ilə təmin etməkdən gedir".

Baş katib əlavə edib ki, bu gün İstanbulda aparılacaq Rusiya-Ukrayna danışıqlarına ehtiyatlı nikbinliklə yanaşır:

"Top əvvəlki kimi Rusiyanın tərəfindədir və əgər o da oynamaq istəyirsə, növbəti bir neçə həftə ərzində müəyyən irəliləyişə nail olmaq olar".


SON XƏBƏRLƏR