• Bakı 20° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.0391

Nazir il ərzində bir həkimin hazırlığına ayrılan vəsaiti açıqladı
CƏMİYYƏT
15 Sentyabr 2025 | 22:46

Nazir il ərzində bir həkimin hazırlığına ayrılan vəsaiti açıqladı

"İl ərzində ali məktəbdə bir tələbənin həkim hazırlığına 8 min manat vəsait xərclənir. Mühəndislik və digər ixtisaslarda isə bu rəqəm 2500 – 3000 manat arasında dəyişir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin “Hədəf” proqramında deyib. Nazir vurğulayıb ki, göstərilən rəqəmlər dövlət sifarişi əsasında maliyyələşən ixtisaslara aiddir:

“Kadr hazırlığında ucuz və keyfiyyətli formul işləmir. Çox vaxt insanlar düşünürlər ki, az vəsaitlə yüksəksəviyyəli mütəxəssis yetişdirmək mümkündür. Bu, reallığa uyğun deyil. Azərbaycan - Türkiyə Universiteti, Azərbaycan - İtaliya Universiteti, ADA Universiteti kimi ali təhsil müəssisələrində xərclər daha yüksəkdir”.


SON XƏBƏRLƏR

15 Sentyabr 2025