• Bakı 26° C

    7.83 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

“Neftçi” Polşada ilk yoxlama görüşünə çıxdı
İDMAN
17 Iyul 2025 | 23:32

“Neftçi” Polşada ilk yoxlama görüşünə çıxdı

Yeni mövsümə hazırlıqlarını Polşada davam etdirən “Neftçi” təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

Bakıvaxtı.az xəbər verir ki, Samir Abasovun başçılıq etdiyi kollektiv İsrailin “Hapoel” (Təl-Əviv) klubu ilə qarşılaşıb. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hazırlıq prosesi çərçivəsində “ağ-qaralar” daha üç sınaq görüşü keçirəcək. Paytaxt təmsilçisi iyulun 22-də Polşanın “Termalika”, iyulun 27-də Yunanıstanın “Asteras”, avqustun 1-də isə Kiprin AEL komandası ilə üz-üzə gələcək.


SON XƏBƏRLƏR

17 Iyul 2025