• Bakı 26° C

    7.83 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

Nərimanovda 1 saat işıq OLMAYACAQ
CƏMİYYƏT
17 Iyul 2025 | 20:31

Nərimanovda 1 saat işıq OLMAYACAQ

Nərimanov rayonunda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Bakıvaxtı.az-a “Azərişıq” ASC-dən bildirilib.

Qeyd olunub ki, iyulun 17-də Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq 227 nömrəli yarımstansiyasında təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 20:00-dan 21:00-dək Nərimanov rayonunun bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.  

Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


SON XƏBƏRLƏR

17 Iyul 2025