Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqında Ukraynanın üzvlüyünə qarşı çıxışı ilə yenidən səs-küy yaradıb.
Bakıvaxtı.az xəbər verir ki, o, Ukraynanın hazırkı vəziyyətini sual altına alaraq sərt və qalmaqallı ifadələr işlədib.
"Ukraynanın Avropa İttifaqına qəbulundan danışmazdan əvvəl biz müəyyən etməliyik ki, ümumiyyətlə, Ukrayna nədir — onun sərhədləri haradadır, əhalisi kimlərdən ibarətdir. Hazırda biz hələ bilmirik ki, Ukrayna nədir və harada yerləşir", – deyə Orban bildirib.
Qeyd edək ki, Macarıstan lideri bundan əvvəl də Ukraynanın Avropa strukturlarına inteqrasiyası prosesinə mənfi yanaşması və Rusiyayönlü mövqeyi ilə gündəmə gəlmişdi. Bu açıqlama isə Aİ daxilində yeni mübahisələrə səbəb ola bilər.